Haqqimizda Xidmetler Ekspertler Sual ver Qanunvericilik Elaqe
 
ana səhifə
aze - eng - rus
 
 

Gömrük brokeri
– fəaliyyəti Azərbaycan Respublikasının gömrük sərhədi vasitəsilə malları keçirən şəxsin tapşırığı ilə və onun hesabına öz adından malların gömrük rəsmiləşdirilməsi üzrə əməliyyatarın həyata keçirilməsindən və gömrük prosedurlarını həyata keçirən zaman digər vasitəçilik funksiyalarının yerinə yetirilməsindən ibarət olan, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən yaradılmış kommersiya təşkilatıdır.


Müştəri və gömrük brokeri arasında münasibətlər müqavilə əsasında qurulur. Belə müqavilədə müştəri gömrük brokerinə öz adından, lakin müştərinin hesabına malların gömrük rəsmiləşdirilməsi üzrə bir və ya bir neçə əməliyyatların həyata keçirilməsini tapşırır.

ətraflı ...
«Transbroker» ASC Şirkəti Azərbaycan gömrük fəaliyyəti zonasında tam gömrük-broker xidmətləri kompleksini həyata keçirir. Gömrük xidmətlərinə, Azərbayjanın Xariji-iqtisadi fəaliyyətinmn Əmtəə nomenklaturuna müvafiq olaraq, mallara kateqoriyalar üzrə məhdudiyyət qoyulmadan, idxal, ixraj və tranzit yüklərinin gömrük rəsmiləşdirilməsi daxildir.

«Transbroker» ASC aşağıda sadalanan gömrük-broker xidmətlərini təklif edir:
  • Azərbayjanın gömrük qanunverijiliyinə dair məsləhətlərin verilməsi;
  • XİF ƏN əsasən yüklərin kodlaşdırılması;
  • xariji-tijarət müqavilələrinin tərtib edilməsi üzrə XİF iştirakçılarına məsləhətlərin verilməsi;
  • bütün lazımi sertifikatların rəsmiləşdirilməsi;
  • yüklərin göndərilməsindən və rəsmiləşdirilməsindən əvvəl nəqliyyat sənədlərinin tərtib edilməsi üzrə məsləhətlərin verilməsi;
  • Azərbayjan gömrüyündə XİF subyektlərinin akkreditasiyası və təkrar akkreditasiyası;
  • tam gömrük rəsmiləşdirilməsindən əvvəl yüklərin sərhəddən keçirilməsi üçün ilkin bəyannamələrin tərtib edilməsi;
  • yüklərin bəyan edilməsi (yük gömrük bəyannamələrinin tərtib edilməsi);
  • yüklərin (SEX, TSP və s.) sertifikatlaşdırılması;
  • razılaşma məktublarının tərtib edilməsi;
  • ekspert rəyinin alınması;
  • idxal, ixraj və tranzit zamanı qarşıya çıxan çətin məsələlərin həll edilməsi.
 

Sizin sifarişinizə əsasən, ixtisaslı gömrük brokeri hər bir mal mövqeyi üzrə Sizin müəssisənizin xərjlərinin azaldılması məqsədi ilə həyata keçirilən bütün lazımi iqtisadi hesabatları (yüklərin nəql edilməsinin, gömrük rəsmiləşdirilməsinin və s. müddəti və dəyəri) təqdim edəjəkdir.

Sizi qarşılıqlı faydalı işgüzar əməkdaşlığa dəvət edirik.
 
Site by DreamArt © 2006
Bakı, Azərbaycan., Xocalı küç, 55, AGA Centre, 10 mərtəbə
Telefon: (994 12) 464-40-53; Faks: (+994 12) 464 42 34
E-poçt: office@transbroker.az, operations@transbroker.az; http://www.transbroker.az