Gömrük brokeri – fəaliyyəti Azərbayjan Respublikasının gömrük sərhədi vasitəsilə malları keçirən şəxsin tapşırığı ilə və onun hesabına öz adından malların gömrük rəsmiləşdirilməsi üzrə əməliyyatarın həyata keçirilməsindən və gömrük prosedurlarını həyata keçirən zaman digər vasitəçilik funksiyalarının yerinə yetirilməsindən ibarət olan, Azərbayjan Respublikasının qanunverijiliyinə əsasən yaradılmış kommersiya təşkilatıdır.
Müştəri və gömrük brokeri arasında münasibətlər müqavilə əsasında qurulur. Belə müqavilədə müştəri gömrük brokerinə öz adından, lakin müştərinin hesabına malların gömrük rəsmiləşdirilməsi üzrə bir və ya bir neçə əməliyyatların həyata keçirilməsini tapşırır.
1989-ji ildən etibarən öz adından malların gömrük rəsmiləşdirilməsi üzrə əməliyyatları həyata keçirən vasitəçilər qismində iştirak etmək ijazəsi, SSRİ DGK Bİ-nin 18.08.89-ju il tarixli 137 ¹-li (10.11.97-ji il tarixli redaksiyada) əmrinin 7-ji bölməsi ilə müəyyən edilmiş qaydalara müvafiq olaraq, «müqavilə əsasında deklarant» qismində gömrük orqanı kimi tanınmış təşkilatlara verilmişdi. Vasitəçi-deklarantlara «təşkilatın müqavilə əsasında deklarant qismində tanınması barədə» xüsusi şəhadətnamə verilirdi. 1997-ji ildə qəbul edilmiş Gömrük Məjəlləsi müəyyən etmişdir ki, malların deklarantı ya bu malları Azərbayjanın gömrük sərhədindən keçirən şəxs, ya da xüsusi lisenziyaya malik olan gömrük brokeri ola bilər. 1 iyun 2006-jı ildən etibarən Azərbayjanın Dövlət Gömrük Komitəsinin sərənjamı ilə gömrük brokeri yalnız Azərbayjan Respublikasının Dövlət Gömrük Komitəsinin lisenziyasına malik olduğu halda işləyə bilər.
Gömrük brokerinin fəaliyyəti malların kateqoriyası və nəqliyyat növləri, həmçinin lisenziyanın fəaliyyət ərazisinin müəyyən edildiyi lisenziya şərtləri ilə məhdudlaşdırılır. Azərbayjanın DGK lisenziyasının alınması üçün gömrük brokeri bir sıra texniki tələbləri, bunlardan ən vajibi sayılan gömrük orqanları qarşısındakı öhdəliklərin təmin edilməsini yerinə yetirməlidir. Gömrük brokerinin öhdəliklərinin təmin edilmə üsulu kimi bank zəmanəti, malların girov qoyulması və ya pul vəsaitlərinin gömrük orqanlarına depozitə qoyulması ola bilər. Gömrük brokeri gömrük rəsmiləşdirilməsi zamanı tutulan gömrük rüsumlarının ödənilməsinə görə, həmçinin YGB-də qeyd olunan məlumatlara görə müştəri ilə birgə məsuliyyət daşıyır.
|