Haqqimizda Xidmetler Ekspertler Sual ver Qanunvericilik Elaqe
 
ana səhifə
aze - eng - rus
 
 
Gömrük brokeri – fəaliyyəti Azərbaycan Respublikasının gömrük sərhədi vasitəsilə malları keçirən şəxsin tapşırığı ilə və onun hesabına öz adından malların gömrük rəsmiləşdirilməsi üzrə əməliyyatarın həyata keçirilməsindən və gömrük prosedurlarını həyata keçirən zaman digər vasitəçilik funksiyalarının yerinə yetirilməsindən ibarət olan, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən yaradılmış kommersiya təşkilatıdır.


Müştəri və gömrük brokeri arasında münasibətlər müqavilə əsasında qurulur. Belə müqavilədə müştəri gömrük brokerinə öz adından, lakin müştərinin hesabına malların gömrük rəsmiləşdirilməsi üzrə bir və ya bir neçə əməliyyatların həyata keçirilməsini tapşırır.

ətraflı ...
«Transbroker» ASC şirkəti iyun 2006-cı ildən etibarən gömrük brokeri qismində fəaliyyətə başlamışdır. Şirkətimiz müştərilərə, yalnız gömrük ərazisində rəsmiləşdirmə deyil, həmçinin gömrük rəsmiləşdirilməsi üçün lazım olan dövlət orqanlarının ijazələrinin tərtib edilməsində yardımı özündə birləşdirən gömrük-broker xidmətləri kompleksini təklif edir.

Şirkətimiz Sizə gömrük rüsumlarını, həmçinin yüklərin rəsmiləşdirilməsi ilə bağlı digər ödənişləri əvvəljədən hesablamaqda yardım göstərəjəkdir. «Transbroker» ASJ istənilən növ şirkət ilə, istənilən həjmli sifarişlərlə işləyir, biznez xidmətləri həyata keçirir (müştərilərə mütəxəssislərin göndərilməsi).

Yükün çatdırılmasından əvvəl müştərilərimizin qabaqjadan məsləhət alması nəqliyyatın boş dayanmalarının və əlavə maliyyə xərjlərinin qarşısının alınmasında yardımçı olajaqdır.

«Transbroker» ASJ müəssisəsinin fəaliyyətinin əsas məqsədi müştərilərə idxal-ixraj əməliyyatlarının aparılmasında yardımçı olmaqdır.
 

Adı və soyadı
E-mail:
Şirkətin adı
Ünvan:
Telefon:
URL:
Sual:
 
 
Site by DreamArt © 2006
Bakı, Azərbaycan., Xocalı küç, 55, AGA Centre, 10 mərtəbə
Telefon: (994 12) 464-40-53; Faks: (+994 12) 464 42 34
E-poçt: office@transbroker.az, operations@transbroker.az; http://www.transbroker.az